AZ

Xorvatiyaya son anda qələbəni əldən verdi - İtaliya 1/8 finalda!

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.

Bakupost..az xəbər verir ki, bu gün B qrupunda mübarizəyə yekun vurulacaq.

Düsseldorfda Albaniya 1/8 finalı özü üçün təmin edən İspaniya ilə qarşılaşacaq. Ötən tur Xorvatiya ilə heç-heçə edən albaniyalılar sürprizə ümid edir.

Gecənin digər oyunu isə Leyptsiq şəhərində gerçəkləşəcək. Ötən tur İspaniyaya məğlub olan İtaliya Xorvatiyanın müqavimətini qırmağa çalışacaq. Qələbə Luçano Spalettinin komandasını növbəti tura daşıyacaq.

Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

***

Xorvatiya - İtaliya qarşılaşması start götürdü.

***

Modriç 54-cü dəqiqədə penaltini qaçırsa da, bir dəqiqə sonra komandasını hesabda önə keçirdi: 1-0.

***

Xorvatiya millisi matçın əsas vaxtına əlavə edilmiş 8-ci dəqiqədə qapısında top gördü: 1-1. Bu nəticə ilə xorvatlar qrupda 2 xalla üçüncü olsa da, ən yaxşı qrup üçüncüləri sırasına daxil ola bilmədi və yarışla vidalaşdı. İtaliya isə ikinci yerin sahibi kimi 1/8 finala yüksəldi.

Qrupun digər matçında isə İspaniya Albaniyanı 1-0 məğlub etdi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
bakupost.az

1Mənbələr