AZ

Leyptsiqdə dramatik sonluq: İtaliya millisi 1/8 finalda

style='margin-bottom:10px;'>

Bu gün Avro-2024-də  qrup mərhələsində 3-cü turun növbəti oyunları keçirilib.

QOL.az xəbər verir ki, B qrupunun matçlarına yekun vurulub.

1/8 finala vəsiqəni 2 turdan sonra təmin edən İspaniya Albaniya ilə qarşılaşıb. Meydana ikinci heyətlə çıxmasına baxmayaraq, minimal hesablı qələbə qazanan ispanlar qrup mərhələsini maksimum nəticə ilə başa vurublar. 

Qrupun digər görüşündə isə İtaliya Xorvatiya ilə üz-üzə gəlib. Leyptsiqdəki matç dramatik alınıb. Xorvatlar ikinci hissədə hesabda önə keçsələr də, İtaliya millisi 90+8-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçmaqla yanaşı, həm də qrupda ikinci yeri tutub və 1/8 finala vəsiqə qazanıb.

24 iyul

B qrupu, 3-cü tur

23:00. Albaniya - İspaniya - 0:1

Qol: Ferran Torres, 13

Baş hakim: Qlenn Nyuberq (İsveç)

Düsseldorf, "Esprit Arena"


23:00. Xorvatiya - İtaliya - 1:1

Qollar: Luka Modriç, 55 (1:0), Mattia Zakkaqni, 90+8 (1:1)

Baş hakim: Denni Makkeli (Niderland)

Leyptsiq, "Red Bull Arena"

N Komandalar O Q H M T-F X
1 İspaniya 3 3 0 0 5-0 9
2 İtaliya 3 1 1 1 3-3 4
3 Xorvatiya 3 0 2 1 3-6 2
4 Albaniya 3 0 1 2 4-6 2
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
3
teleqraf.com

4Mənbələr