AZ

Eirində GƏRGİNLİK: Aydın Sani xanım aparıcının hörmətsiz davranışına görə EFİRİ TƏRK ETDİ – VİDEO

Müğənni Aydın Sani əsəbi halda gözlənilmədən canlı efiri tərk edib.

Hadisə sənətçinin qonaq olduğu “Rəngarəng səhər” verilişində yaşanıb.

Proqramın bitməsinə 30 dəqiqə qalmış Aydın ayağa qalxaraq efiri tərk etmək istədiyini bildirib. Həmin verilişdə isə A.Sanidən başqa meyxanaçı Tərlan Novxanı və iki qadın ifaçı olub.

Verilişin aparıcıları Zaur Nəbioğlu və Aysel Novruzova Sanidən getməyinin səbəbini açıqlamasını istəyəndə ifaçı belə cavab verib:

“Sıxıldığım üçün verilişdən çıxıb getmək istəyirəm. Mən özüm bilirəm və Allahım bilir. Getmək lazımdır. Buradan getməyimə səbəb məsələ iki gözəl xanım və qardaşım Tərlan deyil. Getmək yaxşı olar”.

Bu anda Ayselin oturaq vəziyyətdə söhbətə müdaxilə etməsi Aydının xoşuna gəlməyib. Müğənni sərt şəkildə aparıcıya “Aparıcısan, danışanda ayağa qalx!” irad bildirib. O isə cavab olaraq “Mən xanımam, bəylə əyləşərək danışa bilərəm” sözlərini dilə gətirib.

Hər iki aparıcı yenidən A.Saninin efirdən getməsinin səbəbini öyrənməyə çalışsalar da ifaçı dolayısı yollarla təkrar cavablar verərək efiri tərk edib.

Studiyada yaşanan gərgin dolu anları sizə təqdim edirik

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
16
yerli.media

10Mənbələr