AZ

Avropa çempionu 90+8-ci dəqiqədə 1/8 finala vəsiqə qazanıb

Bakı. Trend:

Bu gün AVRO-2024-ün B qrupunda mübarizəyə yekun vurulub.

Trned İdman.biz-ə istinadənxəbər verir ki, III turun hər iki görüşü eyni vaxtda keçirilib.

İki qələbə ilə qrupda 1-ci yeri təmin edən İspaniya Albaniyanıda məğlub edib. Ferran Torresin 13-cü dəqiqədə vurduğu qol yeganəolub.

Digər qarşılaşmanın da taleyi son saniyələrdə həll olunub. SonAvropa çempionu İtaliya 90+8-ci dəqiqədə məğlubiyyətdən qaçıb.Qazanılan 1 xal İtaliyanı 1/8 finala yüksəldib. Hesabında 2 xalolan Xorvatiya isə Avropa çempionatı ilə vidalaşıb.

Qeyd edək ki, qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq.

AVRO-2024

Qrup mərhələsi, III tur
24 iyun, B qrupu
23:00. Albaniya – İspaniya - 0:1
Qol: Ferran Torres, 13

Seçilən
122
2
az.trend.az

3Mənbələr