AZ

Huşunu itirən futbolçu əməliyyat olunub

2024-cü il Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Şotlandiyalı qapıçı ilə toqquşaraq huşunu itirən macarıstanlı hücumçu Barnabas Varqa aldığı zədələrdən sonra əməliyyat olunub.

32gun.az bildirir ki, bu barədə idmançının atası Andras Varqa Nemzeti Sport -a məlumat verib .

“Həyat yoldaşım və mən Barninin sevgilisinin bizə göndərdiyi əməliyyatın nəticəsi ilə bağlı xəbər gözləyirik. Onun Ştutqartdakı xəstəxanadan nə vaxt çıxacağı və nə qədər vaxt keçirəcəyi hələlik məlum deyil. Ailəmiz televiziya ekranı qarşısında çətin anlar yaşadı, amma indi bir az sakitləşə bilərik” o deyib. 

Xatırladaq ki, Görüş 1:0 hesabı ilə başa çatıb. Matçda yeganə qolu Kevin Çobot vurub. O, oyunun yüzüncü dəqiqəsində zədəli vaxtda qol vurub. 

A qrupunun turnir cədvəlində Almaniya yeddi xalla birinci yeri tutub. İsveçrə yığması ikinci yeri tutub (5 xal). Macarıstan 3 xalla üçüncü yerdədir. Şotlandlar bir xalla Avrodan kənarlaşdırılıblar. Macarıstanın turnirdəki taleyi digər qruplardakı nəticələrdən asılı olacaq.

Nilay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
32gun.az

1Mənbələr