AZ

“Jirona” Artyom Dovbiki hansı şərtlərlə satacağını açıqladı

“Jirona”nın idman direktoru Kike Karsel Kataloniya klubunun hansı şərtlər altında ukraynalı hücumçu Artyom Dovbiki satacağını açıqlayıb.

Arena.az Karselin bu barədə məlumatını tədim edir:

“Biz indi layihəni gücləndirmək üçün futbolçular almalıyıq. Dovbiki satmaq istəmirəm, amma onun müqabilində 40 milyon avro məbləğ ödəsələr, heç nə etmək olmaz, onu satmaq lazım gələcək. Ən əsası, bu vəziyyətdən istifadə edərək “Jirona”nı yüksək liqada saxlamaqdır”, deyə Kike Karsel klubun strategiyasını açıqlayıb.

Xatırladaq ki, Artyom Dovbik “Jirona”ya 2023-cü ilin avqustunda 7,75 milyon avro müqabilində “Dnepr-1”-dən keçib. Ukraynalı hücumçunun kataloniyalılarla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Dovbik “Jirona”nın heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 24 qol vurub, 10 məhsuldar ötürmə verib.

Ukraynalı hücumçu daha öncə “Çerkaski Dnepr”, “Dnepr”, “Zarya”, “Mitdyulland”, “Sonderyuske” kimi klublarda da forma geyinib.

Dovbik 2021-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 30 oyuna 10 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 27 yaşlı ukraynalı mərkəz hücumçusunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
arena.az

1Mənbələr