AZ

Baş nazirin kortejini müşayiət edən polis qəzada ölüb - FOTO

Macarıstanın Baş naziri Viktor Orbanın kortejini motosikletlə Ştutqart hava limanına qədər müşayiət edən alman polisi qəzaya düşüb.

Məlumata görə, o, aldığı xəsarətlərdən dünyasını dəyişib, daha bir polis əməkdaşı isə xəstəxanaya yerləşdirilib.

Qəza hərəkət iştirakçılarından birinin yolun bağlı olduğunu görməyərək, yola çıxması səbəbindən baş verib. Nəticədə yerli sakinin avtomobili iki polis motosikleti ilə toqquşub.

Qeyd edək ki, Orban dünən Ştutqartda keçirilən Avropa çempionatının Macarıstan - Şotlandiya matçına qatılıb.

image

Кортеж

Mənbə: Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
avtosfer.az

1Mənbələr