İsrailin Rusiya Federasiyasındakı səfirliyi Dağıstanda törədilən terror aktlarını pisləyərək, günahkarların qanun çərçivəsində tam şəkildə cəzalandırılacağına ümid etdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail diplomatik missiyasının Telegram-kanalında yaydığı məlumatda deyilir.
“İndi dinc əhali üçün qlobal təhlükə yaradan İslam terrorizmi və ekstremizminə qarşı beynəlxalq ictimaiyyətin birləşməsi həmişəkindən daha vacibdir”, – məlumatda bildirilir.
Diplomatik nümayəndəlik başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.