AZ

İsrailin Rusiyadakı səfirliyi Dağıstanda törədilən terror aktlarını pisləyib

İsrailin Rusiya Federasiyasındakı səfirliyi Dağıstanda törədilən terror aktlarını pisləyərək, günahkarların qanun çərçivəsində tam şəkildə cəzalandırılacağına ümid etdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail diplomatik missiyasının Telegram-kanalında yaydığı məlumatda deyilir.

“İndi dinc əhali üçün qlobal təhlükə yaradan İslam terrorizmi və ekstremizminə qarşı beynəlxalq ictimaiyyətin birləşməsi həmişəkindən daha vacibdir”, – məlumatda bildirilir.

Diplomatik nümayəndəlik başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
nocomment.az

1Mənbələr