AZ

14 yaşlı uşaqlar bu nəqliyyat vasitələrini sürə biləcək -  Qanunda dəyişiklik

14 14 yaşlı uşaqlar bu nəqliyyat vasitələrini sürə biləcək -

Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verən layihə birinci oxunuşda təsdiqlənib. Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, 14 yaşdan Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ siyahısına velosiped və ya araba ilə yanaşı, kiçik elektrik nəqliyyat vasitəsi də əlavə edilir. Lakin bu sosial şəbəkələrdə müzakirəsiz ötüşməyib. Bəzi istifadəçilər azyaşlıların ictimai nəqliyyatda skuter və mopedlərdən istifadə etməsinin qəzaların sayının artıracağını deyir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, yetkinlik yaşına çatmayan uşağa nəqliyyat səlahiyyətlərinin verilməsi tezdir:

“Milli Məclis bu qərarı birinci oxunuşda qəbul edərkən, yəqin ki, müəyyən qadağalar və çərçivələr də nəzərdə tutub. Kiçik elektrik nəqliyyat vasitələri dedikdə, onun sırasına xeyli nəqliyyat vasitələrini daxil etmək olar. O cümlədən kiçik tutumlu minik avtomobilləri də bu sıraya daxildir. Əgər bu konteksdən yanaşsaq, təbii ki, 14 yaşlı yetkinlik yaşına çatmayan uşağa nəqliyyat səlahiyyətlərinin verilməsi tezdir”. 

Ekspert velosiped, moped və skuter kimi nəqliyyat vasitələrindən isə erkən yaşda istifadənin müsbət hal olduğunu qeyd edib:

“Digər tərəfdən velosiped, moped və skuterlərin idarə edilməsində düşünürəm ki, problem yoxdur. Çünki artıq bu cür nəqliyyat vasitələri üçün xüsusi yollar ayrılır. Bunlar artıq daha geniş zolaqları əhatə etmir. Eyni zamanda lazım olan məqamlarda səkilərə də çıxıb manevr edə bilirlər. Düşünürəm ki, gələcəkdə yaşıl iqtisadi idarəetmə sisteminə keçərkən, bunu da təşviq etməliyik. Mümkündür ki, gənclərimizin elə uşaq yaşlarından belə vərdişlərə yiyələnməsi vacibdir”.

E-saglam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
4
e-saglam.az

5Mənbələr