AZ

Orban fon der Leyenin “aşağı səviyyəli fəaliyyətinə” görə dəyişdirilməsini istəyib

Macarıstanın baş naziri Viktor Orban Ursula fon der Leyenin Avropa Komissiyasının (AK) sədri vəzifəsindən kənarlaşdırılması ilə bağlı çağırış edib və son beş ili Aİ tarixində ən pis il adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Almaniyanın “Funke” media qrupuna müsahibəsində bildirib.

“Ursula fon der Leyenin Avropa Komissiyasının rəhbəri olduğu beş il ərzində Avropa Komissiyasının (AK) və Avropa siyasi qurumunun fəaliyyəti ən pis dövr olub və buna görə də onun vəzifəsini başqa bir siyasətçi tutmalıdır”, – deyə Orban qeyd edib.

Macarıstanın baş nazirinin sözlərinə görə, Avropa iqtisadiyyatlarının “yaşıl” transformasiyası uğursuzluqla nəticələnib, Brüsselin təklif etdiyi miqrasiya tədbirləri paketi Aİ ölkələrinin miqrantlarla bağlı problemlərini həll etmir. Bu baxımdan, Orban hesab edir ki, Avropanın daha effektiv liderlərə ehtiyacı var. Eyni zamanda, Macarıstanın baş naziri konkret adlar çəkməkdən imtina edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
nocomment.az

1Mənbələr