AZ

“Qvardiolanın vaxtında hər kəs bir az çaşqın idi” – Messi

Argentina millisinin hücumçusu Lionel Messi Pep Qvardiolanın futbolçuların yetişdirilməsi sisteminə təsirindən danışıb.



Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, argentinalı forvard, ispaniyalı mütəxəssisin üslubunun da mənfi cəhətlərinin olduğunu bildirib:



“Qvardiolanın vaxtında hər kəs bir az çaşqın idi. Hamı öz komandalarının belə oynamasını istəməyə başladı. Hətta 6-7 yaşlı uşaqlara tez, iki toxunuşla oynamaq lazım olduğunu söylədilər. Amma mən hesab edirəm ki, biz gəncləri öz kortəbiiliyindən məhrum etməməliyik”.



Messi “Barselona”da Qvardiolanın rəhbərliyi altında çıxış edib. Kataloniya klubu həmin müddət ərzində çoxlu kuboklar qazanıb. Messi hazırda “İnter Mayami”də oynayır, Qvardiola isə “Mançester Siti”ni çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərmessi Qvardiola

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
komanda.az

2Mənbələr