Çexiya millisinin futbolçusu Patrik Şik Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyununda meydana çıxa bilməyəcək.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu zədə səbəbindən Türkiyə ilə qarşılaşmanı buraxmalı olacaq.
Gürcüstanla keçirilən matçda (1:1) komandasının yeganə qoluna imza atan “Bayer 04″ün forvardı həmin görüşdə zədə alıb.
Qeyd edək ki, Çexiya – Türkiyə oyunu iyunun 26-sı, saat 23:00-da start götürəcək.