AZ

Yəməndə “Əl-Qaidə” lideri ÖLDÜRÜLDÜ – FOTO

Yəməndə “Əl-Qaidə” lideri öldürülüb.

interpress.az xəbər verir ki, bu barədə ərəb saytı “Erem News” öz mənbələrinə istinadən məlumat yayıb.

Yəmənin Marab əyalətində baş verən böyük partlayış nəticəsində “Əl-Qaidə”nin liderlərindən biri, Əbu Saleh əl-Beydani kimi tanınan Həmzə əl-Məşdəli bir neçə peyklə birlikdə məhv edilib.

Partlayışın səbəbi məlum deyil. Yəmən mediasının məlumatına görə, əl-Məşdəli pilotsuz təyyarənin zərbəsi nəticəsində öldürülüb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
interpress.az

1Mənbələr