AZ

Bölgə təmsilçisi üçün Rusiyadan iki futbolçu gəlir

Yay toplanışına start verən “Kəpəz” məşqlərini Gəncə şəhər stadionunda davam etdirir.

Hazırlığın ilk mərhələsində əsasən klubla müqaviləsi davam edən və əvəzedici komandadan cəlb olunan futbolçular iştirak edəcəklər.

Qarşıdakı günlərdə isə Rusiyadan iki nəfər gələcək. Bunlar Turqay Möhbalıyevlə Nahid Əliyevdir.

2000 doğumlu Turqay cinah müdafiəçisidir. Naxçıvanda anadan olan həmyerlimizin sonuncu klubu “Legion” olub.

Buna qədər “Spartak”, “Ufa” və “Rotor” klublarının əvəzedici komandalarının formasını geyinib. Turqav 2019-cu ildə Rusiya U-19-nun heyətində 2 matçda meydana çıxıb.

2005-ci ildə dünyaya gələn Nahid Əliyev yarımmüdafiənin cinahlarında və hücumun sivri ucunda oynamaq bacarığı ilə seçilir.

Vaxtilə Azərbaycanın U-17 millisinə cəlb olunmuş əslən Tovuzdan olan gəncin sonuncu iş yeri Sankt-Peterburq “Dinamo”su olub.

Hər iki futbolçu “Kəpəz”də baxışdan keçəcək. Baş məşqçi Adil Şükürov məşqlərdəki bacarıqlarına baxıb qərarını verəcək.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
sportinfo.az

1Mənbələr