AZ

ABŞ ilə Çinin ortaq süni intellekt Çipi

ABŞ

ABŞ və Çin arasındakı texnoloji gərginlik ortaq iş yolu ilə aradan qaldırılacaq.Ulusum.az xəbər verir ki, texnologiya nəhəngi ByteDance və US Broadcom arasında çip ortaqlığı imzalanmağa hazırlaşır və bu, 2 ildir danışılsa da, xüsusilə ABŞ-ın TikTok ilə son mübarizəsini nəzərə alsaq, sürpriz adlandırıla bilər.TAYVANLI ŞİRKƏT İSTEHSAL EDƏCƏKByteDance və Broadcom 5 nanometr ölçüsündə fərdiləşdirilmiş tətbiq üçün xüsusi inteqrasiya edilmiş çip (ASIC) dizayn etmək üçün birləşdilər. Çip istehsalını Tayvanda yerləşən TSMC şirkəti həyata keçirəcək.Çin və ABŞ şirkətləri arasında 5nm çip əməkdaşlığı 2022-ci ildən bəri müzakirə olunur. Təxminən 2 il əvvəl iki şirkət bu müştərək müəssisəni ictimaiyyətə elan etsə də, əməkdaşlıq yekunlaşmayıb. ByteDance və Broadcom arasındakı bu əməkdaşlığın xərcləri azaltmaq və sabit çip tədarükünü təmin etmək məqsədi daşıdığı vurğulanır.NVIDIA-NIN SƏNAYƏDƏ HÖKMRANLIĞIBu tərəfdaşlığın mövcud problemi həll edəcəyi gözlənilir, xüsusən də Nvidia-nın qabaqcıl çipləri hazırda ABŞ-ın ixrac nəzarəti səbəbindən əlçatmazdır. Həmçinin bildirilir ki, Çin şirkəti ByteDance öz süni intellekt işini dəstəkləmək üçün Nvidia çiplərini yığıb.Bu əməkdaşlıq süni intellekt və təhlükəsiz çip təchizatı sahəsində inkişafı sürətləndirmək üçün mühüm addım hesab edilir.Aymirə Ağamirova

Diqqət Çəkənlər

Daşkəsəndə ər arvadını balta ilə qətlə yetirdi

10 gün sonra toyu olacaqdı

Qadınlar kişilərdən daha çox xəstələnirlər

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
ulusum.az

1Mənbələr