Avropa İttifaqı və Ukrayna iyunun sonuna kimi Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamağı planlaşdırır.

Leqal.info xəbər verir ki, bunu Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

“Ümid edirəm ki, müqavilənin imzalanması üçün işlər çox tezliklə başa çatacaq. Bəlkə bu ay, bəlkə də növbəti Aİ sammiti çərçivəsində”, - Borrell vurğulayıb.

Leqal.info