AZ

Yunanıstanda üçüncü turistin meyiti tapıldı

Yunanıstan daha bir turistin meyiti tapılıb.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, tapılan sayca 3-cü turistin meyitidir.

Yunanıstanın Girit adasında dağlarda gəzintiyə çıxan və həmin gündən itkin düşən alman turist bu gün səhər saatlarında axtarış-xilasetmə qrupları tərəfindən ölü tapılıb.

Bu ayın əvvəlində Sömbeki (Simi) adasında yoxa çıxan BBC-nin dünyaca məşhur teleaparıcısı Michael Mosley də 3 gün sonra ölü tapılıb.

Bundan başqa Amarqos adasında yoxa çıxan amerikalı turistin də öldüyü təsdiqlənmişdi.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
teleqraf.com

1Mənbələr