AZ

Terror aktında öldürülən keşiş Dərbənddəki abidənin prototipi olub

Dağıstanda öldürülən  pravoslav kilsəsinin keşişi Nikolay (Kotelnikov) sağlığında üç dinin qardaşlığı abidəsində təsvir olunan keşişin prototipinə çevrilib 

32gun.az bildirir ki, bu barədə Radanın keçmiş deputatı Oleq Tsarev Telegram kanalında danışıb. 

"Dərbənddə üç dinin qardaşlığının abidəsi var: ravvin, pravoslav keşişi və molla", - eks-parlamentar izah edib.

Tsarev əlavə edib ki, hər bir fiqurun real prototipi var. Kompozisiyanın mərkəzində olan keşiş, onun sözlərinə görə, terrorçular tərəfindən öldürülən Ata Nikolay Kotelnikovdur. Sabiq deputat qeyd edib ki, mərhum keşiş Dağıstanda dinlərarası sülhün simvollarından biri olub.

Terror aktından az sonra Dağıstan sakinləri qətlə yetirilmiş ata Nikolayın xatirəsinə ucaldılmış abidəyə gül dəstələri gətirməyə başlayıblar.

İyunun 23-də Dərbənd və Mahaçqalada silahlı yaraqlılar pravoslav kilsələrinə, sinaqoqlara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum ediblər. Respublikada üç günlük matəm elan edilib.

Ayxan 

Seçilən
27
32gun.az

1Mənbələr