AZ

Ehtiram Şahverdiyevi “Kəpəz”lə bağlı düşündürən nədi?

“Kəpəz” bir neçə aparıcı futbolçu ilə yollarını ayırdı.
Sıradakının kim olacağı hələ bilinmir. Bu üzdən əsas diqqətlər müqavilə müddəti başa çatan futbolçulara yönəlib. Sırada olanlardan biri də Ehtiram Şahverdiyevdi.

Klubla birillik müqavilə müddəti bitən futbolçunu danışıqların axarı qane eləmir. Digər tərəfdən, klubdakı maliyyə sıxıntısı onu düşünməyə vadar edir. Əldə etdiyimiz məlumata görə Adil Şükürov da belə oyunçunu əldən vermək istəmir. Danışıqlar müsbət yekunlaşarsa, 27 yaş müdafiəçi karyerasını hələ bir müddət də Gəncə klubunda davam etdirəcək. Yaxın günlərdə qərarın açıqlanması gözlənilir.

Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan Şahverdiyev “sarı-göylər”in heyətində keçirdiyi 31 oyunda 2 qol və 4 məhsuldar ötürmı ilə yadda qalıb.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
football-plus.az

1Mənbələr