AZ

Azərbaycanlı müğənni oğullarına "TikTok"u qadağan etdi

Müğənni Elvin Abdullayev "Xəzər axşamı" verilişində qonaq olub.

Publika.az xəbər verir ki, ifaçı proqram zamanı "Oğulların üçün nəyə məhdudiyyət qoyarsan" sualına belə cavab verib:

"Oğullarıma TikTok-u qadağa edərəm. Özümün 6-7 aydır TikTok hesabım var. Amma istifadə etmirəm. Bacıoğlu açıb. Özüm isə yalnız instaqramdan istifadə edirəm".

Qeyd edək ki, Afət adlı xanımla ailəli olan müğənninin Tuncay və Səid adlı iki oğlu var.

Seçilən
132
publika.az

1Mənbələr