AZ

Kanada İrandakı prezident seçkiləri çərçivəsində ölkəsində yaşayan iranlılar üçün seçki məntəqələri AÇMAYACAQ

Kanada hökuməti İrana növbədənkənar prezident seçkiləri üçün seçki məntəqələrinin açılmasına icazə verməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Voice of America” İran Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən m’lumat yayıb.

Bildirilib ki, Kanada 2012-ci ildə Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq qətnamələrə əməl etməməsi və İran rəhbərliyinin Bəşər Əsədin başçılıq etdiyi Suriya hökumətini dəstəkləməsi səbəbindən ölkə ilə diplomatik münasibətləri kəsib. O vaxtdan etibarən İtaliya İslam Respublikasında Kanadanın maraqlarını təmsil edir.

Qeyd edək ki, Kanadadan ferqli olaraq ABŞ-ın seçkilərdə iştirak etmək istəyən iranlılara səs vermək imkanı yaradacağı açıqlanıb. Beıə ki, Tehran ABŞ-ın bütün ərazisində 30-dan çox seçki məntəqəsi açmağı planlaşdırır.

Xatırladaq ki, İranda prezident seçkiləri iyunun 28-də keçiriləcək.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
bizim.media

1Mənbələr