AZ

"Apple və Meta" süni intellekt tərəfdaşı olacaq

Facebook-un ana şirkəti Meta özünün generativ süni intellekt modelini Apple-ın iPhone-lar üçün bu yaxınlarda elan etdiyi süni intellekt sisteminə inteqrasiya etməyi müzakirə edib.

News24.az xəbər verir ki, iPhone istehsalçısının, həmçinin Microsoft tərəfindən dəstəklənən OpenAI chatbot ChatGPT-nin qadağan olunduğu Çin kimi müxtəlif bölgələrdəki digər süni intellekt şirkətləri ilə əməkdaşlıqları müzakirə edəcəyi gözlənilir.

Wall Street Journal-ın məlumatına görə, süni intellekt startapı Anthropic-in generativ süni intellektini Apple Intelligence-ə gətirmək üçün Apple ilə danışıqlar apardığı iddia edilib.

Danışıqların hələ yekunlaşmadığı bildirilsə də, Apple ilə bağlanan müqavilələrin süni intellekt şirkətlərinə məhsullarının daha geniş yayılmasına kömək edəcəyi də qeyd edilib.

Həmçinin bildirilib ki, görüşlər zamanı süni intellekt şirkətləri Apple Intelligence vasitəsilə istifadəçilərə premium abunə xidmətləri satmağı müzakirə ediblər.

Reuters agentliyinə bu barədə məlumatlı mənbə bildirib ki, AI axtarış startapı Perplexity də generativ süni intellekt texnologiyasını Apple Intelligence-ə gətirmək barədə Apple ilə danışıqlar aparır.

Qeyd edək ki, Apple bu ay çoxdan gözlənilən süni intellekt strategiyasını açıqlayıb və Siri də daxil olmaqla yeni Apple Intelligence texnologiyası ChatGPT-ni öz cihazlarına gətirəcəyini bildirib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
news24.az

1Mənbələr