AZ

Xəbəri olmadan başqa şəxslərə məxsus avtomobillər adına sığortalanıb- İDDİAVİDEO

Xəbəri olmadan adına əlavə 2 avtomobil icbari qaydada sığorta edilib.

Xezerxeber.az xəbər verir ki, bu iddianı İmişlinin Qaravəlli kənd sakini Namiq Əliyev səsləndirir. O deyir ki, həmin avtomobillər nə onun mülkiyyətindədir: nə də adına etibarnamə var. 

Namiq Əliyev bildirir ki, bir müddət əvvəl öz avtomobilini sığorta etdirmək istəyib. Məlum olub ki, onun adında 3 avtomobil sığortalıdır. Həmin nəqliyyat vasitələrindən biri ilə qəza törədilib və sığorta tarixçəsi korlanıb. İllərdir öz avtomobilini sığorta etdirmək üçün 45-50 manat ödəyən Namiqin tarixçəsində qəza hadisəsi göründüyü üçün sığorta haqqı 120 manat olub.

Sığorta eksperti Vüsal Bədəlov deyir ki, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası yalnız mülkiyət sənədi olduqda və ya şəxsin adına etibar edildikdə reallaşdırıla bilər. Yəni, əgər şəxsin icazəsi və həmin avtomobillərə etibarnaməsi yoxdursa, belə bir addım qanunvericiliklə doğru qəbul edilmir

Ekspert bunun hansısa texniki xətadan qaynaqlana biləcəyini də istisna etmir. Bildirir ki, bununla bağlı həmin şəxs aidiyəti üzrə müraciət edə bilər.

Məsələ ilə bağlı Mərkəzi Bankdan "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaş qarşılaşdığı problemlə bağlı 966 nömrəli qaynar xəttə müraciət edə bilər. Onun müraciəti araşdırılacaq və lazımi addımlar atılacaq.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
xezerxeber.az

2Mənbələr