AZ

Varqa əməliyyat olundu: Durumu necədir?

Macarıstan millisinin futbolçusu Barnabas Varqa bu gün səhər əməliyyat olunub.

Publika.az xəbər verir ki, bu barədə onnun atası Andras Varqa məlumat verib .

“Əməliyyat baş tutub. Mən və həyat yoldaşım xəbər gözləyirik. Onun Ştutqartdakı xəstəxanada nə qədər yatacağı bəlli deyil. Bütün ailə televizora baxarkən çətin anlar yaşadı. Amma indi özümüzü daha sakit hiss edirik”, – deyə Andras bildirib.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun Şotlandiya – Macarıstan (0:1) matçının 68-ci dəqiqəsində Varqanın rəqib qapıçı Anqus Qunnla toqquşduqdan sonra ağır xəsarət alaraq yerə yıxılıb və huşunu itirib. Komanda yoldaşları dərhal onun yanına qaçıblar. Meydançaya həkim briqadası çıxıb. Yardım edilərkən, Varqanın ətrafı çarşafla örtülüb. O, nəhayət, xərəkdə meydançadan çıxarılıb və 7 dəqiqədən sonra oyun bərpa olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
publika.az

1Mənbələr