AZ

Aİ və Ukrayna iyunun sonuna kimi təhlükəsizlik sazişi imzalaya bilər

Avropa İttifaqı və Ukrayna iyunun sonuna kimi ölkənin təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamağa hazırlaşır.

32gun.az  xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Xosep Borrell Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Biz Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı mətni yekunlaşdırırıq” o deyib.

Diplomat bu sənədin imzalanması üçün işlərin tezliklə başa çatacağına ümid etdiyini bildirib.

“Bəlkə bu ay, bəlkə də növbəti Aİ sammitinin kənarında (27-28 iyun – Gazeta.Ru)” o bildirib.

O, həmçinin qeyd edib ki, bu razılaşma Rusiyaya Ukrayna dövlətinin Avropa İttifaqı tərəfindən dəstəklənməsi barədə siqnal verəcək.

İyunun 13-də ABŞ və Ukrayna prezidentləri Co Bayden və Vladimir Zelenski G7 sammitində 10 illik təhlükəsizlik sazişi imzalayıblar . Sənəddə bildirilir ki, ABŞ 10 il ərzində Ukraynanı hərbi məhsullar və kəşfiyyat məlumatları ilə təmin edəcək, həmçinin Ukrayna ordusunun əsgərlərinə təlim keçəcək və ölkənin hərbi-sənaye kompleksini inkişaf etdirəcək.

Nilay 

Seçilən
15
32gun.az

1Mənbələr