AZ

"ABŞ-ın Sevastopolun atəşə tutulmasında iştirakı şübhə doğurmur"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sevastopolun son atəşə tutulmasında ABŞ və Ukraynanın iştirakına əmin olduğunu bildirib.

32gun.az bildirir ki, i, bu barədə Belarusun xarici işlər naziri Sergey Aleyniklə görüşündə deyib. 

"Sevastopolun atəşə tutulmasının arxasında ABŞ və Ukraynanın dayandığına şübhə etmirik ”, - Lavrov bildirib.

O vurğulayıb ki, Ukraynaya tədarük edilən Amerika silahları Amerika ordusunun birbaşa iştirakını, o cümlədən ABŞ Silahlı Qüvvələrinin peyk bürcünün istifadəsini tələb edir.

Lavrov eyni gündə Dağıstanda baş verən terror aktı mövzusuna da toxunub və onun bütün təşkilatçılarının müəyyən edilməsi üçün araşdırma aparıldığını bildirib.

Qeyd edək ki, Sergey Lavrov Minskdə işgüzar səfərdədir və iyunun 25-dək orada qalacaq. Rusiya xarici işlər naziri ilə Belarus prezidenti Aleksandr Lukaşenko arasında danışıqlar planlaşdırılır.

Ayxan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
32gun.az

1Mənbələr