AZ

Sağlam ailənin təməl daşları— Evliliyinizin sona qədər davam etməsini istəyirsinizsə...

 Ailənin möhkəm olması zəhmət tələb edir. Əgər nikahınızın ömrünüzün sonuna qədər davam etməsini istəyirsinizsə, bəzi vacib məqamlara diqqət etməlisiniz. Demokrat.az "NTV Türkiye"yə istinadən xəbər verir ki, sağlam evliliyin təməlində 6 prinsip dayanır. 

Qarşılıqlı sevgi - evlilikdə sevginin böyüməsi və tərəflər arasında hörmətin olması vacibdir. Çünki sevgi və hörmət hər iki tərəfə hərəkət etməzdən əvvəl düşünməyə kömək edir. 

Həyat yoldaşınızı olduğu kimi qəbul etmək - qarşınızdakı insanı olduğu kimi qəbul etsəniz, xəyal qırıqlığı yaşamazsınız. Buna görə də həyat yoldaşınızı dəyişməyə çalışmayın. Çünki bu davranış həm sizi, həm də onu bədbəxt edə bilər. 

Ortaq dəyərlər - dəyərləriniz həyata necə baxdığınızı müəyyənləşdirir. Buna görə də hər ikiniz sədaqət, dürüstlük və ailə ilə bağlı digər oxşar dəyərlərə sahib olmalısınız. 

Sağlam sərhədlər - bu, mənfi davranışlara qarşı qoyduğunuz qırmızı xətlərdir. Məhz buna görə də bir-birinizin sərhədlərini bilməlisiniz.

Ortaq hədəflər - gələcəklə bağlı ideyalarınızı həyat yoldaşınızla müzakirə etmək və ortaq hədəflər müəyyən etmək evlilik üçün vacibdir. Digər tərəfdən, bir-birinizin fərqli məqsədlərini və xəyallarını da dəstəkləməlisiniz. 

Düzgün ünsiyyət - tərəflərin sevildiyini və başa düşüldüyünü hiss etmələrinə imkan verən ünsiyyət tərzi evliliyin möhkəm olmasına kömək edir. 

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
demokrat.az

1Mənbələr