Ötən gecə Şotlandiyaya qarşı oyunda rəqib qapıçı ilə toqquşub huşunu itirən macar futbolçu Barnabas Varqanın son durumu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, Varqa bu gün günorta uğurla əməliyyat olunub. Oyunçu sabah xəstəxanadan ayrılacaq. Bu barədə məlumatı Macarıstan Futbol Federasiyası məlumat yayıb. 

Qeyd edək ki, Varqa Anqus Qannla toqquşaraq yerə yıxılmış, huşunu itirən futbolçu xərəkdə meydanı tərk edərək fərhal hospitala aparılmışdı.