AZ

“Sabah” Kahim Parrisi transfer edib

"Sabah" yamaykalı vinger Kahim Parrislə 4 illik müqavilə bağlanıb.

İdman.biz xəbər verir ki, klubun mətbuat xidməti bu barədə məlumat yayıb.

Parris Ukraynanın "Dinamo" (Kiyev) klubundan transfer edilib. O, ötən mövsümü icarə əsasında “Sabah”da keçirib.

Qeyd edək ki, Kahim komandanın heyətində keçirdiyi 31 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
idman.biz

4Mənbələr