AZ

Keçirilən əməliyyat zamanı həlak olan polis Kürdəmirdə dəfn olunub

Keçirilən

Axtarışda olan şəxsin saxlanılması üçün Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mirəli Heydərovun cənazəsi Kürdəmir rayonuna gətirilib və dəfn olunub. Polis əməkdaşı Kürdəmir rayonunun Cəyli kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində M.Heydərovun doğmaları, Kürdəmir Rayon İcra Hakimiyyətinin və DİN-nin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, bu gün həlak olan digər polis əməkdaşları – kapitan Eldəniz Məmmədov Bakıxanov qəsəbə qəbiristanlığında, serjant Mahir Ağayev isə Binə qəsəbə qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, polis serjantı Mirəli Füzuli oğlu Heydərov 1996-cı ildə Kürdəmir rayonunun Cəyli kəndində anadan olub. 2020-ci ildən etibarən, Daxili İşlər Nazirliyi (DİN) Çevik Polis Alayında xidmət edib. Subay idi.Xatırladaq ki, iyunun 24-də Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlunun saxlanılması üçün keçirilən əməliyyat zamanı polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov həlak olub.Eltun Məmmədov

Diqqət Çəkənlər

Daşkəsəndə ər arvadını balta ilə qətlə yetirdi

10 gün sonra toyu olacaqdı

Qadınlar kişilərdən daha çox xəstələnirlər

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
7
ulusum.az

10Mənbələr