AZ

"Mançester Yunayted" "Fiorentina"nın futbolçusunu transfer edəcək

"Mançester Yunayted" ötən mövsüm icarə əsasında komandada çıxış etmiş Sofyan Amrabatla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi mərakeşli yarımmüdafiəçinin transfer hüququna yiyələnəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Baş məşqçi Erik ten Haq 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. "Qırmızı şeytanlar" təcrübəli oyunçu üçün "Fiorentina" ilə danışıqlara başlayıb. Mərakeş millisinin üzvü İngiltərə klubu ilə 4+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Sofyan Amrabat ötən mövsüm "Mançester Yunayted"in heyətində 30 rəsmi matçda meydana çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
sportal.az

1Mənbələr