AZ

TERRORDA HƏLAK OLAN VƏ YARALANANLARIN AİLƏLƏRİNƏ 50 MİLYON RUBL AYRILIB

Dağıstan hakimiyyəti Mahaçqala və Dərbənddəki terror aktları nəticəsində həlak olanların və yaralananların ailələrinə yardım göstərmək üçün 50 milyon rubl ayırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə vilayət hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Dağıstan hökuməti Mahaçqala və Dərbənddəki terror aktları nəticəsində həlak olanların ailələrinə və zərər çəkmiş vətəndaşlara kömək üçün 50 milyon rubl ayırıb”, - deyə məlumatda bildirilir.

Dəqiqləşdirilir ki, respublika hökumətinin ehtiyat fondundan vəsait “Hamı birlikdə” regional sosial fonduna ayrılacaq.

“Qurbanların hər birinə 1 milyon rubl məbləğində pul veriləcək”, - deyə mətbuat xidməti əlavə edib.

Bundan əvvəl regionun rəhbəri Sergey Melikov Dağıstanda terror aktları zamanı həlak olanların yaxınlarına 1 milyon rubl veriləcəyini bildirmişdi.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
tezadlar.az

1Mənbələr