AZ

Çində yaşayış məntəqəsinin yaxınlığına kosmik raket düşdü - VİDEO

Sosial şəbəkələrdə insanların təşviş içində qaçdıqlarını əks etdirən görüntülər yayılıb. Çində yaşayış məntəqəsi yaxınlığında kosmik raket düşüb. 

 

Sfera.az bildirir ki, Çin-Fransa kosmik gəmisini orbitə çıxaran daşıyıcının bir hissəsi yerə düşüb.


SVOM kosmik gəmisini orbitə çıxaran Çinin Changzheng-2C daşıyıcı aparatının hissələrindən biri Çində yaşayış massivinin yaxınlığında düşərək partlayıb. Bu hadisə Siçuan kosmodromundan raket buraxılışından az sonra baş verib. Qurğunun bu fəlakətə baxmayaraq təyinat yerinə uğurla çatdığı bildirilir. 

 

Changzheng-2C daşıyıcı raketi 22 iyun şənbə günü Çinin Siçuan əyalətindəki Xichang peyk buraxılış mərkəzindən uğurla orbitə buraxılıb. Onun məqsədi Çin və Fransa alimləri tərəfindən yaradılmış SVOM kosmik gəmisini aşağı yerin orbitinə çıxarmaq idi.


Kosmosa buraxıldıqdan qısa müddət sonra gücləndirici raket geri düşərək, partlayıb. Bütün bunlar internetdə yayılan videolarda göstərildiyi kimi, əhalinin məskunlaşdığı ərazinin yaxınlığında baş verib. Kadrlardan görünür ki, raketin bir hissəsinin düşdüyünü görən insanlar təşviş içində qaçırlar.


Məlumdur ki, Çin raketi yanacaq kimi insan sağlamlığı üçün çox təhlükəli olan maddələrdən istifadə edir. Bəzi sosial şəbəkə istifadəçiləri zəhərli maddələrin yerli sakinlərə mümkün mənfi təsirindən narahat olduqlarını bildiriblər.


Hadisəyə baxmayaraq, Çinin Milli Kosmik İdarəsi missiyanın uğurlu olduğunu bildirib. Yəni, 930 kiloqramlıq SVOM raketi qeyd olunan orbitə uğurla çıxarılıb.


Bu cihaz Kainatdakı ən güclü enerji emissiyalarının - qamma-şüa partlayışlarının tədqiqi üçün dörd elmi cihazla təchiz edilmişdir. Onların fövqəladə partlayışları və ya neytron ulduzlarının toqquşması zamanı meydana gəldiyinə inanılır. Həmçinin, qurğu bir neçə saniyə ərzində bir qamma-şüa partlaması Günəşin 10 milyard il ərzində buraxdığından daha çox enerji buraxır.

 

Qeyd edək ki, iki SVOM aləti Fransa alimləri, ikisi isə Çin alimləri tərəfindən yaradılmışdır. Kosmik gəmi iki ölkənin ilk birgə layihəsidir.

 

 

Aynil

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
sfera.az

1Mənbələr