AZ

10 yaşlı uşaq odun yanında benzinlə oynayıb və ağır yanıq xəsarətləri alıb

Tver vilayətinin Kalininski rayonunda bir azyaşlıya xəsarət yetirilməsi polisi, prokurorluq  əməkdaşlarını hərəkətə keçirib. 

32gun.az Rusiya mətbuatına istinadən bildirir ki, 10 yaşlı oğlan ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

Hadisə rayonun Danilovskoye kəndində baş verib. Yerli medianın məlumatına görə, zərərçəkmiş dostları ilə yanacağın yanında benzinlə oynayırmış və yanıq xəsarətləri alıb.

Oğlanın vəziyyətinin təfərrüatları məlum deyil, rayon prokurorluğu nə baş verdiyini araşdırır. 

Nilay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
32gun.az

1Mənbələr