AZ

Quterreş Dağıstanda törədilən terror aktını pislədi

BMT-nin baş katibi Antonio Quterreş Dağıstanda baş verən terror aktı ilə əlaqədar Rusiya xalqına başsağlığı verib.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin rəsmi internet saytında dərc edilən bəyanatda deyilir.

“BMT-nin Baş katibi Dağıstanda yəhudi və xristianların dini obyektlərinə və təhlükəsizlik qüvvələrinə qarşı törədilən terror aktlarını ən kəskin şəkildə pisləyir”, - bəyanatda qeyd edilib.

Qeyd edək ki, Dərbənd və Mahaçqalada silahlı şəxslər pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Son məlumatlara görə, 17 polis əməkdaşı, həmçinin 4 mülki şəxs, o cümlədən Rus Pravoslav Kilsəsinin keşişi terror aktlarının qurbanı olub.

Seçilən
113
1
publika.az

10Mənbələr