AZ

Şotlandiya millisi AÇ-2024-ü antirekordla tərk etdi

AÇ-2024-ün qrup mərhələsinin Macarıstan yığması ilə 3-cü tur oyunu (0:1) Şotlandiya millisi üçün antirekordla əlamətdar olub.

Arena.az məlumat verir ki, bu oyunda şotlandlar macarların qapısına cəmi 4 zərbə vurublar.

“Opta Sports” statistik internet-portalının təqdim etdiyi məlumata əsasən, Şotlandiya yığması qrup mərhələsinin 3 oyunu ərzində rəqib qapılarına cəmi 17 zərbə endirib ki, bu da Avropa çempionatlarının müvafiq mərhələsi üçün antirekorddur.

Şotlandiya millisi bu antirekordu qonşusu, Böyük Britaniyanın digər təmsilçisi Şimali İrlandiya yığması ilə bölüşür. Şimali İrlandiya yığması eyni nəticəni 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatında göstərmişdi.

Xatırladaq ki, Şotlandiya yığması “A” qrupunda Almaniya (1:5), İsveçrə (1:1) və Macarıstan (0:1) komandaları ilə mübarizədə 1 xalla qrup sonuncusu olaraq, Avropa çempionatı ilə vidalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
arena.az

1Mənbələr