AZ

Paşinyan Putinə başsağlığı verib

Ermənistanın Baş naziri Nikol Paşinyan Dərbənd və Mahaçqalada törədilən terror aktları ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.

BiG.AZ xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib.

"Hörmətli Vladimir Vladimiroviç, Dərbənd və Mahaçqalada günahsız vətəndaşların və hüquq-mühafizə orqanları əməkdaşlarının ölümü ilə nəticələnən dəhşətli terror aktları ilə bağlı faciəvi xəbəri dərin hüznlə aldım.

Ermənistan Respublikası bu terror aktını qətiyyətlə pisləyir və zorakılığın istənilən təzahürünü qəbuledilməz hesab edir. Ermənistan xalqı və şəxsən öz adımdan həlak olanların ailələrinə və yaxınlarına başsağlığı və dəstək sözlərini bildirmək istərdim. Bütün qurbanların tezliklə sağalmasını arzulayıram", - deyə o bildirib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
big.az

1Mənbələr