AZ

Avstriya İslam Partiyası parlament seçkilərində iştirak edə bilər

Yeni yaradılmış Avstriya İslam Partiyası parlament seçkilərində iştirak etmək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ORF telekanalı məlumat yayıb.

Məlumata görə, siyasi qüvvə Avstriya Milli Şurasına sentyabrın 29-da keçiriləcək seçkilərdə iştirak etmək istəyir. ORF yazır ki, Daxili İşlər Nazirliyinə təqdim olunan nizamnaməyə əsasən, partiya ilk növbədə müsəlmanların dini ehtiyaclarını və hüquqlarını təmin etməyi hədəfləyir. 

Bununla belə, telekanal partiyanın seçkilərdə iştirak edə biləcəyinə şübhə ilə yanaşır.

ORF-in məlumatına görə, partiya Avstriyada müəyyən qrup müsəlmanlar tərəfindən tənqid edilir. Partiyadaxili fikir ayrılıqları da problemə çevrilə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
iqtisadiyyat.az

2Mənbələr