AZ

Çin Polşa vətəndaşları üçün 15 günlük vizasız rejim tətbiq edəcək

Çin hökuməti Polşa ilə bir neçə sahədə qarşılıqlı əlaqənin intensivləşdirilməsi zərurətini nəzərə alaraq bu ölkənin vətəndaşları üçün 15 günlük vizasız rejim tətbiq edəcək.Bu barədə Çinin dövlət başçısı Si Cinpin bildirib.

"Çin birtərəfli qaydada Polşa vətəndaşları üçün 15 günlük vizasız rejim tətbiq etmək qərarına gəlib”, - Çinin Mərkəzi Televiziyası Pekində Polşa Prezidenti Andjey Duda ilə görüşən Si Cinpindən sitat gətirib.

Çin lideri iki ölkə arasında mədəni-humanitar və gənclər mübadiləsinin artırılmasının, elm adamları ilə medianın qarşılıqlı fəaliyyətinin intensivləşdirilməsinin vacibliyini qeyd edib.
 
O, Polşa tərəfi ilə, eləcə də Mərkəzi və Şərqi Avropanın digər ölkələri ilə əməkdaşlığı gücləndirməyə hazır olduqlarını vurğulayıb.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
8
anews.az

10Mənbələr