AZ

Messi: "Tanrı məni seçdi"

style='margin-bottom:10px;'>

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi öz istedadından danışıb.

QOL.az AS-a istinadənxəbər verir ki, 36 yaşlı hücumçu onun Tanrı tərəfindən seçildiyini deyib:

“Uşaq yaşlarımdan mənə həmişə fərqli olduğumu və insanların məni görməyə gələcəyini deyirdilər. Bunu böyüdükcə dərk etmədim. Tanrı məni seçdi. Bu, onun mənə verdiyi hədiyyə idi. Mən bundan istifadə etdim. Mümkün olan hər şeyi etdim”.

Qeyd edək ki, Messi 8 dəfə “Qızıl top”u qazanıb. Lionel 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Futbolçunun Amerika klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
3
teleqraf.com

4Mənbələr