AZ

Kürə düşən şəxs görün kim imiş

Neftçalada 25 yaşlı gənc Kür çayında batıb.

 

Hadisə bu gün günorta saatlarında Kürün Bankə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İlkin məlumata görə, qəsəbə sakini, 1999-cu il təvəllüdlü Babayev Rəhim Qurbanəli oğlunun paltarı Kürün sahilində tapılıb.

 

Bundan sonra R.Babayevin çayda boğulduğu ehtimal edilərək aidiyyəti qurumlara məlumat verilib.

 

Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət dalğıc-xilasediciləri cəlb olunub.

 

Hazırda axtarışlar davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

İnsanlar yanan binadan belə tullandı (18+VİDEO)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
oxu24.com

1Mənbələr