AZ

"Platan" İnstitutundakı yanğının sahəsi genişlənib, ölənlərin sayı artıb - VİDEO

Moskva vilayətində "Platan" Elmi-Tədqiqat İnstitutunun binasında baş verən yanğın sahəsi 5000 kvadratmetrə qədər artıb .

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının şiddətlənməsnə binanın içərisindəki qaz-hava qarışığı olan silindrlər səbəb olub.

Hazırda hadisə yerində 130-dan çox mütəxəssis və 50 texnika çalışır.

Hadisə nəticəsində 9 nəfər ölüb. Onlardan iki nəfərin özünü 7-ci mərtəbədən atdığı, 7 nəfərin isə tüstüdən boğularaq öldüyü bildirilib.
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
bizim.media

1Mənbələr