AZ

HadisəKür çayında batan şəxsin kimliyi məlum olub, axtarışlar davam etdirilir - YENİLƏNİB

Neftçalada 25 yaşlı gənc Kür çayında batıb.

“Far.Az”un Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Kürün Bankə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 1999-cu il təvəllüdlü Babayev Rəhim Qurbanəli oğlunun paltarı Kürün sahilində tapılıb.

Bundan sonra R.Babayevin çayda boğulduğu ehtimal edilərək aidiyyəti qurumlara məlumat verilib.

Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət dalğıc-xilasediciləri cəlb olunub.

Hazırda axtarışlar davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

18:13

Kür çayında bir nəfər batıb.

Bu barədə "Far.Az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
far.az

4Mənbələr