Bakı. Trend:
Azərbaycan çempionatının bəzi oyunlarına baxıram. “Qarabağ”digərlər klublardan qat-qat üstündür.
Trend xəbər verir ki, bunuİdman.biz-əAzərbaycan millisinin sabiq futbolçusu Fabio Luis Ramim deyib.
43 yaşlı braziliyalı mütəxəssis Azərbaycan millisinə FernanduSantuşun baş məşqçi təyin olunmasına münasibət bildirib: “FernanduSantuş çox təcrübəli məşqçidir. Məncə, problem məşqçidə deyil,futbolçulardadır. Güclü liqalarda top qovan oyunçularımız yoxdur.İşi bu çətinləşdirir. Ümid edirəm ki, o yaxşı iş görə bilər”.
Qeyd edək ki, Fernandu Santuşun Azərbaycan millisində müqaviləsi“3+1”dir.