AZ

Putindən Rusiya silahları ilə bağlı açıqlama

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın silahlarını Şimali Koreya da daxil olmaqla dünyanın digər bölgələrinə göndərmək hüquqlarını özlərində saxladıqlarını bildirib.

525.az xəbər verir ki, Kreml Sarayından verilən açıqlamaya görə, Putin Vyetnam səfərindən sonra paytaxt Hanoyda mətbuat konfransı keçirib.

Putin çıxışında: "Qarşılıqlı hərbi yardımla bağlı maddələrin hansı şərtlərlə tətbiq olunacağı ilə bağlı bunları deyə bilərəm. Bu müqavilə yeni bir şey deyil. Köhnə müqavilənin müddəti bitdiyi üçün bu müqaviləni bağladıq. Bütün bunlar 1962-ci ildə bağlanmış müqaviləyə daxil edilmişdir. Burada yeni heç nə yoxdur. Təbii ki, bu, günümüz baxımından kəskin görünür, lakin biz bu baxımdan demək olar ki, heç nəyi dəyişməmişik. Şimali Koreyanın digər ölkələrlə də oxşar müqavilələri var", - deyib.

Qeyd edək ki, Putin qərbin Şimali Koreyaya qarşı sanksiya tətbiq etməsinə də toxunub.

Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
525.az

1Mənbələr