AZ

Saxta "Peyğəmbər"in kazinolara girişi qadağan edildi

Zambiyalı "peyğəmbər" Allahın ona qalibiyyət düsturu verdiyini dedikdən sonra, onun kazinolara girişi qadağan edilib. 

News24.az xəbər verir ki, kişi bu sözləri 29 min dollarlıq cekpotu vurduqdan sonra deyib.

Arxiyepiskop Emmanuel Mutumvanın sözlərinə görə indi bütün yerli kazinoların stop siyahısındadır. Qumar maşınlarının yerli sahibləri qorxurlar ki, bu adam “ilahi düstur” haqqında zarafat etmir və onları məhv edə bilər.

“Onlar iddia edirlər ki, mən peyğəmbər olduğum üçün Allahdan qalib nömrələrlə bağlı xəbər alıram. Onlar iflas edəcəklərindən qorxurlar”, - Emmanuel şərh edib.

Mutumvanın özü də qumarı pis bir şey hesab etmir. O, qazandığı pulu yerli uşaqların təhsil haqqını ödəmək üçün istifadə etdiyini və həmçinin yerli müəssisələrə bağışladığını söyləyib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
news24.az

1Mənbələr