AZ

Ukrayna üçün F-16 qırıcıları ilə bağlı gözlənilməz problem

Ukrayna Silahlı Qüvvələri onlara təhvil verilmiş bütün F-16 qırıcılarından istifadə edə bilməyəcək. Çünki ölkədə bu qırıcıları idarı etmək üçün kifayət qədər təlim keçmiş pilot yoxdur.

News365.az xəbər verir ki, bu barədə “T-online” məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Qərb ölkələri Ukraynaya 60 qırıcı vəd ediblər. Hazırda 15-20 pilot onlardan istifadə etmək üçün xüsusi təlim keçib.

Məqalə müəllifinin fikrincə, hadisələrin bu cür inkişafının günahı ABŞ-dadır. Çünki yerli təlimatçılar neçə pilot hazırlaya biləcəklərini əvvəlcədən hesablaya bilməyiblər. Məqalədən belə anlaşılır ki, bu gün bütün Amerika təlim mərkəzləri pilotlarla doludur və Ukrayna Silahlı Qüvvələri üçün yeni kadr hazırlaya bilmirlər.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
news365.az

1Mənbələr