AZ

"Eldənizdən geriyə iki balası qaldı" - Qətlə yetirilən polis kapitanı dəfn edildi - YENİLƏNİB - VİDEO

18:47

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polis kapitanı Eldəniz Məmmədov Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, dəfn mərasimində polis kapitanının ailə üzvləri, doğmaları, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.

"Balaca qardaşım dedi ki, ürəyimə damıb, Eldənizlə bağlı problem var. Əlaqə saxlamağa çalışdıq, zəng çatmadı. Sonra hadisə barədə məlumat aldıq. Çox ürəkli oğlan idi. Eldənizdən geriyə iki balası qaldı", - deyə qardaşı Elmir Məmmədov Baku TV-yə açıqlamasında bildirib.

-----------
16:39

Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mirəli Heydərovun cənazəsi Kürdəmir rayonunda torpağa tapşırılıb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki,  M.Heydərov Kürdəmir rayonunun Cəyli kəndindəki qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, Mirəli Füzuli oğlu Heydərov 1996-cı ildə Kürdəmir rayonunun Cəyli kəndində anadan olub. 2020-ci ildən etibarən Daxili İşlər Nazirliyi (DİN) Çevik Polis Alayında xidmət edib. O, subay olub.

-----------
14:10

Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərdən biri, polis serjantı Mahir Ağayev dəfn olunub.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, o, Binə qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərdən biri, polis serjantı Mahir Ağayev dəfn olunur.

Qeyd edək ki, M.Ağayev Binə qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.

---------
13:10


Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərlə vida mərasimi keçirilib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, vida mərasimində Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.

Həlak olan polis əməkdaşları - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov bu gün torpağa tapşırılacaq.

Xatırladaq ki, iyunun 24-də paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək "Lancaster" markalı ov silahından atəş açaraq 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

-----------
12:25


Olaylar.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində silahlı insidentdə həlak olan polis əməkdaşları - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovla vida mərasimi keçirilir.

 
 

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
4
olaylar.az

10Mənbələr