AZ

RegionMüxalifət təmsilçisi: "Rusiyanı Ermənistandan çıxarmaq üçün Paşinyanı hakimiyyətə gətirdilər"

Nikol Paşinyanın 2021-ci ildə yenidən seçilməsi üçün Rusiya əlindən gələni etdi.

“Report” “NEWS.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin may hadisələri zamanı Rusiya Dövlət Duması və Xarici İşlər Nazirliyi səviyyəsində İrəvana səfər edib, Nikol Paşinyanla görüşdü: “Həmin dövrdə Paşinyan şəxsən Rusiya Prezidenti Vladimir Putini tərifləyirdi. Parlamentin sədri Alen Simonyan isə onda bəyan edirdi ki, Ermənistanda indiki kimi Rusiyayönümlü hakimiyyət olmayıb”.

Eduard Şarmazanov bildirib ki, Rusiyanı Ermənistandan çıxarmaq üçün Paşinyanı hakimiyyətə gətirdilər.

O əlavə edib ki, Ukraynada müharibə başlayandan sonra Paşinyana komanda verilib: “Qərb kuratorları onu hələlik KTMT-ni tərk etməyə çağırıblar. Hədəf Rusiyanın nüfuzunu sıfıra endirmək, onun buradakı mövqeyini zəiflətməkdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
far.az

2Mənbələr